525.Az

“Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq”


 

“Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq”<b style="color:red"></b> Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
 
“Tramp aydın şəkildə bildirdi ki,  ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcək nail ola bilməsə - etməyəcək. Lakin o cəhd edəcək.
Onun biznes və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir”, - deyə Spayser qeyd edib.  
 
“Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik”, - deyə o əlavə edib. 
 
“Əgər bu ABŞ-ın maraqlarına uyğundursa -  Tramp sövdələşməyə nail olacaq”, - deyə mətbuat katibi qeyd edib.
 





22.02.2017    çap et  çap et