525.Az

İngiltərənin 5 varlısından 3-ü rusdur


 

İngiltərənin 5 varlısından 3-ü rusdur<b style="color:red"></b>

İngiltərənin ən varlı adamı rusiyalı biznesmen Alişir Usmanov olub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Kommersant" qəzetinin sahibi və "Arsenal" futbol klubunun ortağı olan Usmanovub 13,3 məlyard sterlinq servetə olduğu bildirilir.

İngiltərənin "Sunday Times" qəzetinin hazırladığı "İngiltərə və İrlandiyanın ən varlıları" siyahısında ikinci yeri yenə də Rusiya əsilli, musiqi və media sahələrinə qoyduğu sərmayələri ilə tanınan biznesmen Len Blavatnik tutub. Blavatnikin 11 milyon funt-sterlinq sərvəti var.

İlk dördlüyə Sri və Qopi Hinduja qardaşları (10,6 milyard funt-sterlinq), Lakşmi Mittal (10 milyard funt-sterlinq) də daxildir. Siyahının beşincisi isə yenə Rusiyalı biznesmendir - "Çelsi"nin sahibi Roman Abramoviçin 9,3 məlyard funt-sterlinqi var.

 





22.04.2013    çap et  çap et