525.Az

"Mehriban Əliyevanın təyinatı sabitliyin təmininə böyük kömək olacaq"


 

"Mehriban Əliyevanın təyinatı sabitliyin təmininə böyük kömək olacaq"<b style="color:red"></b> "Mehriban xanım uzun illərdir, Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb".
 
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
N. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, ötən il referendumdan sonra məlum olanda ki, Azərbaycanda birinci vitse-prezident postu yaradılacaq, demək olar ki, Azərbaycanda hamı o yerdə Mehriban Əliyevanı görürdü.
 
"Bu da artıq Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də xaricdə bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyinin, maraqlarının qorunması, təbliği istiqamətində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq", - deyə o bildirib.
 





22.02.2017    çap et  çap et