525.Az

Birinci sinif şagirdindən baş nazirə şikayət məktubu


 

Birinci sinif şagirdindən baş nazirə şikayət məktubu<b style="color:red"></b>

Türkiyədə bir orta məktəb şagirdi məktəb direktorundan baş nazir Rəcəb Tayyib Ərdoğana şikayət edib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, "Sevgili baş nazir Rəcəb bəy" deyə başlayıb "Rəcəb əmi" deyə davam edən məktubu yazan qızın adı Lal Egedir.

Lal Egenin internetdə paylaşdığı məktub dünən bütün media quruluşlarında xəbər olub. Lal Ege kiçik olduqları üçün basketbol meydançasından istifadə etmələrinə icazə verməyən məktəb direktorundan baş nazirə şikayət edib. Kiçik məktəbli "mən də sənin kimi bir başqanam" sözlərinə də yer verən qız müdirin qadağasına bütün siniflərinin çox üzüldüyünü bildirib.

Oxuduğu məktəbin nömrəsini və imzasını da unutmayan Ege İstanbuldakı Kadıköy "Zühtü Paşa" ibtidai məktəbinin birinci sinif şagirdidir.

 





22.04.2013    çap et  çap et