525.Az

“Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”


 

“Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”<b style="color:red"></b> “Ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur”.
 
APA-nın xəbərinə görə, bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş “referendum”a münasibət bildirərkən deyib.
  
X. Vəliyev qeyd edib ki, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb:

“Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını heç kim inkar edə bilməz. Dağlıq Qarabağı nəinki dünya dövlətləri, heç Ermənistanın özü belə  tanımayıb. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyinə zidd olaraq, seçki, referendum keçirilməsi qanunsuzdur”.
 





22.02.2017    çap et  çap et