525.Az

Prezident Yaponiya dövlət nazirini qəbul etdi


 

Prezident Yaponiya dövlət nazirini qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, Yaponiyanın dövlət naziri Y. Matsumura xanım Mehriban Əliyevanın Azərbaycanın I vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.
 
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
 
Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı və uzun tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrimizin razılıq doğurduğunu deyib. Dövlət başçısı Yaponiyanın maliyyə dəstəyi ilə Azərbaycanda bir çox mühüm layihələrin icra olunduğunu, Yaponiya hökumətinin kreditləri ilə ölkəmizdə çox önəmli infrastruktur layihələrinin artıq istismara verildiyini qeyd edib.
 
Azərbaycanın neft-qaz sektorunda da Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan prezident İlham Əliyev bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gözəl imkanların olduğunu deyən dövlət başçısı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bütün bu mövzuların və xüsusilə ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyinə, geniş fikir mübadiləsi aparılacağına və əməkdaşlıq haqqında qərarlar qəbul ediləcəyinə əminliyini ifadə edib.
 





22.02.2017    çap et  çap et