525.Az

“Ermənistan anlamalıdır ki...”


 

“Ermənistan anlamalıdır ki...”<b style="color:red"></b> "Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində ən böyük qətliam olub”.
 
APA-nın  “reliefweb.int” saytına istinadən verdiyi məlumata görə, bunu BMT Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyin rəhbəri Yaşar Əliyev deyib.
 
O qeyd edib ki, Xocalı qətliamında yüzlərlə insan qətlə yetirilib, yaralanıb və girov götürülüb. Y. Əliyev bildirib ki, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə qalması gərginliyin və insidentlərin əsas səbəbidir, habelə münaqişənin sülh yolu ilə həlli üçün əsas maneədir.
 
“Status-kvo”nun qəbuledilməz olduğunu deyən diplomat ilk gündən müharibənin Azərbaycan ərazisində getdiyini vurğulayıb. Y. Əliyev Dağlıq Qarabağda bölgənin adını dəyişmək üçün keçirilən qondarma referendumu Ermənistanın təxribatçı addımı adlandırıb. “Ermənistan rəhbərliyi anlamalıdır ki, digər dövlətin ərazisini işğal etməklə, problemi həll etmək olmaz”, - deyə o vurğulayıb.
 





22.02.2017    çap et  çap et