525.Az

UNEC tələbələrindən qeyri-adi Novruz sovqatı


 

UNEC tələbələrindən qeyri-adi Novruz sovqatı<b style="color:red"></b>

UNEC tələbələrinin ötən tədris ilindən başladıqları “Kitab at!” layihəsi davam edir.

UNEC-dən AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində könüllü toplanan kitablar Novruz sovqatı kimi evlərə paylanılacaq.

Məqsəd ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda, qədim ənənələrə söykənən Novruz bayramında kitab oxumaq vərdişini gündəmə gətirməkdir.

UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində 10 min kitab Novruz hədiyyəsi kimi evlərə paylanılıb. Bu il isə layihə Bakı və Gəncə ilə yanaşı, Lənkəranda da reallaşacaq.

 





22.02.2017    çap et  çap et