525.Az

Mikayıl Cabbarov Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşdü


 

Mikayıl Cabbarov Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşdü<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanəddin Uysal ilə görüşüb.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdən sonra Mikayıl Cabbarov parlament binasını gəzərək 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəyə baş çəkib.
 
Daha sonra təhsil naziri Türkiyə Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 





22.02.2017    çap et  çap et