525.Az

Emil Usubov Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edildi


 

Emil Usubov Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edildi<b style="color:red"></b>

Polis polkovniki Emil Usubov Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib.

Bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyev xidmət keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib.

Bu vəzifəyə nazirin müvafiq əmri ilə həmin Baş İdarənin rəis müavini, polis polkovniki Emil Usubov təyin edilib.

 





22.02.2017    çap et  çap et