525.Az

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq


 

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp gələn həftə miqrasiya ilə bağlı yeni fərman imzalayacaq.
 
APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalına Ağ Evdən bildiriblər.
 
Məlumata əsasən, yeni fərmanla ABŞ ərazisinə daxil olan və burada yaşayan miqrantlara qarşı yoxlamaların sərtləşdirilməsi gözlənilir.
 
Bundan əvvəl Tramp administrasiyası yanvarın sonunda hakimin qərarından məhkəməyə apelyasiya şikayəti verməkdən müvəqqəti olaraq imtina edib.
 
Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.
 





23.02.2017    çap et  çap et