525.Az

"Meksika və ABŞ prezidentlərinin görüşü planlaşdırılmır"


 

"Meksika və ABŞ prezidentlərinin görüşü planlaşdırılmır"<b style="color:red"></b> Meksika prezidenti Enrike Penya Nyeto və ABŞ prezidenti Donald Tramp arasında hələlik görüş planlaşdırılmır.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Meksikanın xarici işlər naziri Luis Videqaray bəyan edib.
 
“Belə bir görüş planlaşdırılmır. Hər hansı müzakirə üçün mövzu yoxdur”, deyə XİN rəhbəri mətbuat konfransında bildirib.
 
Bundan əvvəl Meksika və ABŞ prezidentlərinin görüşü yanvarın 31-ə təyin olunsa da, iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda ləğv olunub.
 
Qeyd edək ki, ABŞ prezidenti mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulayıb. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz verib. Meksika prezidenti isə qətiyyətlə ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcəyini bəyan edib.
 





23.02.2017    çap et  çap et