525.Az

Devid Boui ölümündən sonra "Brit Awards" mükafatına layiq görüldü


 

Devid Boui ölümündən sonra "Brit Awards" mükafatına layiq görüldü<b style="color:red"></b>

Britaniyalı musiqiçi Devid Boui ölümündən sonra "Ən yaxşı britaniyalı ifaçı" nominasiyasında "Brit Awards" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, təqdimetmə mərasimi Londonda keçirilib.

Mükafatı musiqiçinin əvəzinə aktyor Maykl Karlayl Holl alıb. Bu mükafat Bouiyə üçüncü dəfə verilib. O, "Brit Awards" tarixində ölümündən sonra mükafatlandırılan ilk ifaçı olub.

Boui 10 yanvar 2016-cı il tarixində 69 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

 





23.02.2017    çap et  çap et