525.Az

Terrorçunun son sözü: “Ana, səni sevirəm...”


 

Terrorçunun son sözü: “Ana, səni sevirəm...”<b style="color:red"></b> Tamerlan Sarnayev ölümündən bir dəqiqə əvvəl anasına zəng açıb
 
ABŞ-da Boston marafonunu qana bulayan çeçen əsilli qardaşlardan Tamerlan Sarnayev ölümündən əvvəl anasına zəng etməyə imkan tapıb.
 
Lent.az-ın “The all Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə jurnala onun anası bildirib. Anası deyib ki, polislə atışan Tamerlan anasına elə beləcə də deyib: “Ana, səni sevirəm, bizi güllələyirlər”. Bundan sonra əlaqə tam kəsilib.
 
Xatırladaq ki,  aprelin 15-də  marafonda törədilmiş partlayış nəticəsində üç nəfər ölüb, 180-dən çox  adam xəsarət alıb. Terror aktını törədən Sarnayev qardaşlarından böyüyü  - 26 yaşlı Tamerlan Ssarnayev aprelin 19-da  polislə atışmada qətlə yetirilib. 19 yaşlı Cövhər Sarnayev isə axtarışda olub və  aprelin 20-də saxlanılıb.  O, atışma zamanı ağır yaralanıb.
 





22.04.2013    çap et  çap et