525.Az

“I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” başa çatıb


 

“I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” başa çatıb<b style="color:red"></b> Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı” başa çatıb.

Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Türkiyənin Atatürk Universiteti və digər qurumların təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa dünyanın 13 ölkəsindən (Azərbaycan, Türkiyə, Kanada, Rusiya, ABŞ, Almaniya, İtaliya, Gürcüstan, Qazaxıstan, Pakistan və s) 315 məruzə təqdim edilib.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təşkil olunmuş yekun tədbirdə ADNA-nın rektoru, akademik Siyavuş Qarayev, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç diqqətə çatdırmışlar ki, konfransda kimya və kimya mühəndisliyinin inkişaf perspektivləri, elmi əməkdaşlığın genişləndirilməsi imkanları və s. məsələlər ətraflı müzakirə edilib.

Ahmet Saniç çıxışında bu cür bynəlxalq konfransların Azərbaycanda təhsil alan və yetişməkdə olan gənc mütəxəssislərin formalaşmasında müzhüm rol oynadığını bildirib. Onun sözlrinə görə, belə elmi konfranslar gələcəkdə də davamlı şəkildə təşkil olunacaq.

Neft-Kimya Prosesləri İnstitutunda AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov çıxışında bildirib ki, Azərbaycanda kimya sənayesi sürətlə inkişaf etdirilir. Bu sahəyə dövlət qayğısı getdikcə artır. Artıq kimya sahəsində gənc alimlərin də sayı artmaqdadır. Son illərdə bu sahəyə gənc alimlərin marağı xeyli genişlənib.

Çıxış edən digər alimlər beynəlxalq konfransın əhəmiyyətindən danışmış, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər. Sonda məruzəçilərə sertifikatlar verilib.

S.Qarayeva
 





22.04.2013    çap et  çap et