525.Az

“Yeni Üfüq” İctimai Birliyi “Sən də qoşul” adlı aksiya keçirdi (Fotolar)


 

“Yeni Üfüq” İctimai Birliyi “Sən də qoşul” adlı aksiya keçirdi<b style="color:red"> (Fotolar)</b> Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Bakıda “Bay İstanbul” restoranında “Sən də qoşul” adlı xeyriyyə aksiyası keçirib.

Tədbirdə öncə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” layihəsinə dəstək olaraq Qazi Qarabağ azanı səsləndirilib. “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək, Qazi Qarabağ azanını bölücülük olaraq qiymətləndirməyin yanlış olduğunu söyləyib: “Bu azanın milli-mənəvi birlik və bərabərliyimizə xidməti danılmazdır. Bu azana qarşı çıxan insanların gerçək məmləkətinin Azərbaycan olması şübhəlidir.”  

S. Əzimbəyli “Sən də qoşul” adlı xeyriyyə aksiyasını keçirtməkdə ən əsas məqsədlərinin ölkədə imkansız soydaşlarımızı geyim və məişət avadanlıqları ilə təmin etməkdən ibarət olduğunu bildirib.  “Sən də qoşul” adlı aksiyada birliyin sədr müavini Xanım Qasımova isə çıxış edərək “Yeni Üfüq”ün xoşməramlı aksiyasına dəstək verən bütün xeyirsevər qonaqlara öz təşəkkürünü bildirib. Tədbirə öz şəxsi yardımı ilə qatılan Türkiyə Səfirliyinin Mədəniyyət Müşaviri Seyid Əhməd Arslan da öz fikirlərini bölüşüb. “ “Yeni Üfüq”ün bütün tədbirləri insanlığa bir xidmətdir.” Birliyin gəncləri adından Elvin Süleymanov öz düşüncələrini bildirib.
 
Daha sonra “Qarabağ Seyid Ocaqlarının” təmsilçisi, şərqüşünas Seyid Camal Əzimbəyli çıxış edərək “Yeni Üfüq” İctimai Birliyinin həyata keçirdiyi bütün işlərin dövlətimizin və millətimizin mənafeyinə uyğun olduğunu söyləyib.










 





22.04.2013    çap et  çap et