525.Az

"Nida"nın üzvü Zaur Qurbanlı saxlanılıb


 

"Nida"nın üzvü Zaur Qurbanlı saxlanılıb

“Nida” Vətəndaş Hərəkəti idarə heyətinin üzvü Zaur Qurbanlı saxlanılıb.

Bu barədə APA-ya Müsbət Dəyişiklik Gənclər Hərəkatının sədri Bəxtiyar Hacıyev məlumat verib.

B. Hacıyev Z. Qurbanlının evinin qarşısında saxlanıldığını deyib: “Məndə olan məlumata görə, polis əməkdaşları Zaur Qurbanlını evinin qarşısında saxlayaraq, bizim ofisimizə gətiriblər. Bizim Murtuza Muxtarov, 149 ünvanında yerləşən ofisimizdə “Nida” Vətəndaş Hərəkatına məxsus bir neçə sənəd var idi. Biz ofisi olmayan təşkilatlara da bəzən sənədləri qoymaq, görüşlər keçirmək üçün yer veririk. Polis əməkdaşları Zaur Qurbanlını ofisə gətirərək, “Nida” Vətəndaş Hərəkatına məxsus sənədləri götürüb gediblər. Mənə dedilər ki, Zaur Qurbanlını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Lakin onu niyə saxladıqlarını bilmirəm ”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya məsələnin araşdırıldığı bildirilib.

 





29.09.2012    çap et  çap et