525.Az

TRT-nin baş direktoru Bakıya gəlir


 

TRT-nin baş direktoru Bakıya gəlir<b style="color:red"></b>

TRT-nin baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi heyət Azərbaycan Prezident Administrasiyasının dəvətilə Bakıya səfər edəcək.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun dəvəti əsasında həyata keçiriləcək səfər 3 gün davam edəcək.

İbrahim Şahin səfər çərçivəsində Azərbaycanın dövlət və özəl televiziyasının rəhbərləri, Milli Teleradio Şurasının sədri, KİVDF-nun icraçı direktoru ilə görüşəcək.

Rabitə və texnologiyalar naziri Əli Abbasovla da görüşü planlaşdırılan İbrahim Şahinin prezident İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan səfər çərçivəsində iki ölkənin televiziya və media sektorunda əməkdaşlıq və bu əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağını söyləyib.

Aprelin 29-da başlayan səfər mayın 2-nədək davam edəcək.

 





22.04.2013    çap et  çap et