525.Az

Lerikdə qar uçqununda ölənlərin adları məlum oldu - Yenilənib


 

Lerikdə qar uçqununda ölənlərin adları məlum oldu - <b style="color:red">Yenilənib</b> Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.
 
APA-nın cənub bürosunun xəbərinə görə, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.
 
Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.
 
*** 13:08
 
Lerik rayonunda qar uçqunu baş verib.
 
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.
 
 
Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb.
 





23.02.2017    çap et  çap et