525.Az

Musiqiçilərimiz Qahirədə çıxış edirlər


 

Musiqiçilərimiz Qahirədə çıxış edirlər<b style="color:red"></b>

Aprelin 19-dan 25-dək Qahirədəki “Səlahəddin” qəsr kompleksinin səhnəsində “The International Festival for Drums and Traditional Arts “The Drums Dialogue for Peace”” illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı keçirilir. 

Misirin Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş festivalda Azərbaycan musiqiçiləri böyük müvəffəqiyyətlə çıxış edirlər.

Beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, dünyanın 30-dan çox ölkəsindən musiqiçilər iştirak edirlər. Solist Mehri Əsədullayev (kamança), Yasəf Eyvazov (ud), Rəşad İlyasov (qanun), Tahir Haqverdiyev (tar), Ramin Həsənov (skripka) və Mühiddin Can Şimşəyin (nağara) daxil olduğu xalq çalğı alətləri ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim edib. 

Fatimə Fətəliyevanın və İlham Kərimlinin ifasında Azərbaycan xalq rəqsləri də çox maraqla qarşılanıb. Tamaşaçılar Azərbaycan musiqiçilərinin çıxışını böyük maraqla qarşılamış və onları ürəkdən alqışlayıblar. Misir rəqs qrupunun ifasında səhnələşdirilmiş Misir toyu xüsusi diqqətə səbəb olub. 

Türkiyə rəqs qrupunun təqdimatında sufilər rəqsi və Cənubi Afrika rəqs qrupunun parlaq musiqi nömrələri də yaddaqalan olub. 

Azərbaycan incəsənət ustalarını Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri, Qahirədə təhsil alan azərbaycanlı tələbələr və diasporumuzun üzvləri dəstəkləyiblər.

GÜNEL

 





22.04.2013    çap et  çap et