525.Az

Xocalı gecəsi - (şeir)


 

Xocalı gecəsi - <b style="color:red">(şeir) </b>

Bir qaçqının dediklərindən

Sığındığı ağacdan yıxıldı.
Görən, harası sındı?
Bəlkə də yaralandı?!
Dağlar, daşlar ağladı ona.
Bu vurhavurda
haray salaraq
özünə yer axtaran
quşlar ağladı ona.
Sürüşdü qarın üstə
yarası isti - isti.
Sanki payız sonu
Tökülən yarpağın üstə.
Səsini çıxarmadı belə.
Bu anda
ölümündən çəkinməyən bir insan
ona hayan oldu.
Yaralarını sarıdı.
Sonra
ana balasına sarılantək
onu qucaqladı.
Dözə bilmədim bu dəhşətə,
kövrəldim və ağladım.
Güllə qarışıq səs
bürümüşdü meşəni.
Yarpaqlar pıçıldayırdı
ürəyimdən keçəni:
Xalqımın
gələcəyi,
sabahı,
axı nə idi söylə,
sənin suçun, günahın?!
Vəhşiləşmiş yağılar
saldılar səni bu günə,
Taleyini düyünə?!

Ələddin ƏZİMLİ

 





23.02.2017    çap et  çap et