525.Az

Bibimə - (şeir)


 

Bibimə - <b style="color:red">(şeir) </b>

Bibim mənə şar aldı,
Əlindən yerə saldı.
İndi gecdi, axşamdı,
Üfürmək sübhə qaldı.

Bibim bu gün gəlmədi,
Bəlkə yolu bilmədi?
İşdir sabah gəlməsə,
Həmişə qəlbimdədi.

Bibim güldü, incidi,
Saçları turuncudu.
Qəlbi yaman kövrəkdi,
Bir də gördün incidi.

Bəhruz NOVRUZ

 





23.02.2017    çap et  çap et