525.Az

"Taliban"ın qaçırtdığı türk mühəndislərdən hələ xəbər yoxdur


 

"Taliban"ın qaçırtdığı türk mühəndislərdən hələ xəbər yoxdur<b style="color:red"></b>

Əfqanıstanda qaçırılan vertolyotla bağlı yeni detallar ortaya çıxıb.

"Frans Press" agentliyinə açıqlama verən Loqar vilayəti polis idarəsinin rəis müavini Rəis Xan Sadek bildirib ki, aprelin 21-də baş verən insidentdən sonra hadisə yerində yalnız boş vertolyot tapılıb. Loqar valisi Məhəmməd Haşim Faizi vertolyotun təcili enişinə pis hava şəraitinin səbəb olduğunu deyib. Valiliyin mətbuat katibi isə vertolyotun texniki qüsur ucbatından enməyə məcbur olduğunu bildirib. "Taliban" vertolyotun endirilməsinin məsuliyyətini öz üzərinə götürüb.

Vertolyotun Türkiyə şirkətinə aid olduğu bildirilib. CNN kanalı özəl bir şirkətə məxsus olan vertolyotun İSAF qüvvələrinə yemək və digər yüklər apardığını bildirib. İSAF təmsilçiləri də vertolyotun axtarışına qoşulublar. Vertolyotun tapıldığı Əzra rayonunun rəhbəri Həmidulla Həmid hazırda yerli əşirətlərin rəhbərlərinin girovların azad olunması üçün "Taliban"la danışıqlar apardıqlarını bildirib.

Əfqanıstanın "Khaama Press" internet saytı vertolyotun Türkiyə ordusuna məxsus olduğunu iddia edib. Bu informasiyanı Loqar valisinin müavii Məhəmməd Haşim Faizi də bu iddianı təsdiqləyib. Faizi vertolyotda altı türk, iki özbək mühəndisin və bir əfqan hərbçinin olduğunu deyib.

 





22.04.2013    çap et  çap et