525.Az

Pakistan Azərbaycana yeni səfir təyin edib


 

Pakistan Azərbaycana yeni səfir təyin edib<b style="color:red"></b>

Əvvəlki səfir İnayətullah Kakar bu ilin martın 11-də təqaüdə çıxdığına görə diplomatik karyerasını başa çatdırıb.

APA-nın diplomatik mənbələrdən aldığı məlumata görə, Pakistan Xarici İşlər Nazirliyində xüsusi katib vəzifəsində çalışan İkramullah Mahsudun namizədliyi mart ayında təsdiq olunub.
 
Yeni səfir etimadnamələrini Azərbaycan prezidentinə və xarici işlər nazirinə təqdim etdikdən sonra diplomatik fəaliyyətinə başlayacaq.
 
İkramullah Mahsud 1953-cü ilin dekabrın 28-də anadan olub. 1979-cu ildən Pakistanın xarici işlər idarəsində işləməyə başlayıb. 2004-2008-ci illərdə Pakistanın Tacikistandakı, 2008-2012-ci illərdə isə Bəhreyndəki səfiri vəzifəsində çalışıb. Rus və ingilis dillərində sərbəst danışır.

 





22.04.2013    çap et  çap et