525.Az

14 marşrut xəttinin trayektoriyası dəyişdirilir


 

14 marşrut xəttinin trayektoriyası dəyişdirilir<b style="color:red"></b> Bakı Nəqliyyat Agentliyi (BNA) 14 marşrut xəttinin trayektoriyasını dəyişir.
 
BNA-dan "APA-Economics"ə verilən məlumata görə, məqsəd Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsidir.
 
"Paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından 14 marşrut xəttinin (1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib", - deyə məlumatda bildirilir.
 





24.02.2017    çap et  çap et