525.Az

"Qarabağa qanunsuz səfər edənlərin hamısı barədə cinayət işi açılmalıdır"


 

"Qarabağa qanunsuz səfər edənlərin hamısı barədə cinayət işi açılmalıdır"<b style="color:red"></b>

"Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərə qarşı cinayət işinin açılması belə səfərlərin qarşısını ala bilər. Çünki bu insanlar bilməlidirlər ki, məsuliyyət daşıyırlar".

Bunu millət vəkili Fazil Mustafa Baş Prokurorluq tərəfindən Dağlıq Qarabağda keçirilən "referendumu" müşahidə edən Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina barəsində cinayət işinin açılması və İnterpol xətti ilə axtarışa verilmələrinə münasibət bildirərkən deyib. O bildirib ki, hətta həmin şəxslərə qarşı müxtəlif yollarla təzyiq vasitələrini yaşadıqları ölkələrdə də göstərmək lazımdır ki, onlar bilsinlər ki, dövlətin sərhədləri toxunulmazdır və bunu pozmaq olmaz: "Buna görə də Azərbaycan tərəfinin qeyd edilən istiqamətdə addımları, xüsusilə də Prezidentin bu məsələdə prinsipial mövqeyi cəmiyyət tərəfindən dəstəklənir. Lapşin məsələsi bunu bir daha göstərdi. Biz daha qətiyyətli addımlar atmalıyıq ki, bir də istər deputatlar, istər başqaları cəsarət edib Dağlıq Qarabağa gəlməsinlər. Dərhal da hamısı barədə cinayət işi açılmalıdır".

Millət vəkili vurğulayıb ki, barələrində cinayət işi açılmış Avropa Parlamentinin bir neçə deputatının həbs edilməsi mümkün olmasa da, ən azı biləcəklər ki, İnterpola sorğu verilib və bunun  özü də bir narahatlıq yaradacaq.  O, AP üzvlərinin Qarabağa qanunsuz səfərinin tərbiyəsizlikdən irəli gəldiyini deyib: "Çünki tərbiyəsi olan adam başqa ölkənin sərhədlərini pozmaz. Mən məsələn, gedib, Fransanın ərazi bütövlüyünü pozacaq addım atmaram, çünki dövlət tərbiyəmiz buna imkan vermir. Bunların tərbiyəsi aşağıdır, başqa nə ola bilər. Burda siyasi məqsəd və s. hər şeyi başa düşdük, beynəlxalq hüquq var, ona hörmət edilməlidir, dərəbəylik deyil ki, hər kəs istədiyi yerə gedib gəlsin".

Politoloq Arzu Nağıyev isə deyib ki, Avropa Parlamentinin nümayəndələrinin, xarici jurnalistlərin Azərbaycanın icazəsi olmadan Ermənistan ərazisindən Azərbaycanın işğal edilmiş ərazilərinə gəlməsi sərhədlərimizin pozulması deməkdir. O bildirib ki,  Azərbaycanın sərhəddinin pozulması, qanunsuz səfərlər isə cinayət işinin açılması ilə nəticələnir: "Məhz cinayət işi açıldıqdan sonra materiallar İnterpola göndərilir və həmin şəxs axtarışa verilir. Lapşinin işi bir president idi, bundan sonra proseslər davam edəcək. Əgər həmin şəxslərə Qarabağa qanunsuz səfər etməməklə bağlı  doğuran da xəbərdarlıq edilibsə, amma yenidən bu məsələyə əl atıblarsa, onların hər biri barədə müvafiq qərar qəbul edilməlidir".

Politoloq hesab edir ki, bu yolla Qarabağa qanunsuz səfərlərin qarşısı alına bilər: "Onlar bir dəfə səfər etdikdən sonra öz sənədlərinə müəyyən dəyişikliklər edə bilərlər. Məhz buna görə də İnterpol daha diqqətli olmalıdır. Burda bir məqam da var ki, ekstradisiya haqqında qərar qəbul ediləndə, həmin vətəndaş öz yaşadığı ölkədə həbs edilmir. Ümumiyyətlə, konstitusiya vətəndaşını digər ölkəyə verməyi qadağan edir. Amma üçüncü ölkənin ərazisində həmin şəxsin həbsi də, ekstradisiyası da mümkündür".

PƏRVANƏ

 





24.02.2017    çap et  çap et