525.Az

“Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran ölkədir”


 

“Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran ölkədir”<b style="color:red"></b> “Azərbaycanla Cibuti arasında əməkdaşlıq ötən əsrin 90-cı illərindən başlayıb. O zaman Cibuti 4 qətnamənin qəbulunda Azərbaycana dəstək verib”. 
 
APA-nın məlumatına görə, bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, ölkəsi bu gün də Azərbaycanın mövqeyinə dəstək verir: "Cibuti ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirilir. Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran ölkədir. Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik. Əməkdaşlığımızın iqtisadi tərəfini gücləndirməliyik. Münasibətlərimizi ikitərəfli formatla məhdudlaşdırmayacağıq”.
 
Nazir qeyd edib ki, Cibuti mürəkkəb regionda sabitlik adasıdır: “Azərbaycan sülhpərvər ölkədir. Coğrafi məsafə artıq əhəmiyyət kəsb etmir. Biz limanların idarə edilməsi sahəsində əməkdaşlıq edirik. Bir çox sahələrdə əməkdaşlıq edə bilərik, bu, iki xalqın xeyrinə olacaq”.
 





24.02.2017    çap et  çap et