525.Az

Yeni təhsil naziri Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub


 

Yeni təhsil naziri Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub<b style="color:red"></b>

Bu gün Təhsil Nazirliyində geniş iclas keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iclas zamanı yeni təhsil naziri Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub. Yeni nazirin təqdimatını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib. Ramiz Mehdiyev yeni nazirə və nazirlik kollektivinə müəyyən tövsiyə və tapşırıqlarını verib. Təqdimatda sabiq təhsil naziri Misir Mərdanov iştirak etməyib. Bu gün keçirilən iclasda sadəcə, yeni nazir təqdim olunub, hansısa kadr dəyişikliyi edilməyib.
 
Qeyd edək ki, aprelin 19-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.

 





22.04.2013    çap et  çap et