525.Az

İstanbulda Xocalı soyqırımına həsr edilmiş toplantı


 

İstanbulda Xocalı soyqırımına həsr edilmiş toplantı<b style="color:red"></b> İstanbulun Bağcılar bələdiyyəsinin iclas salonunda  Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş  toplantı keçirilib.
 
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu və Bağcılar bələdiyyəsinin birgə təşkil etdiyi toplantının açılışında çıxış edən başqan Lokman Çağırıcı deyib: “Xocalı soyqırımını unutmamaq, unutdurmamaq üçün lazım olan bütün tədbirləri görməliyik. Tədbirlər çərçivəsində bələdiyyəmiz yaxın gələcəkdə Türkiyə-Azərbaycan Xocalı dostluq  parkının təməlini qoyacaq. 32 min kvadrat metrlik parkı Xocalı soyqırımının növbəti ilində açmağı planlaşdırırıq”- deyib.
 
Toplantıda çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev dünya ölkələrinin Xocalı soyqırımın getdikcə daha çox tanıdıqlarına diqqəti cəlb edərək Türkiyənin soyqırımı gündəmdə saxlamasından məmnun qaldıqlarını vurğulayıb: ”Türkiyə Böyük Millət Məclisindəki iqtidar və müxalifət partiyalarının təmsilçiləri hər il Məclisdə gündəmdən kənar çıxış edərək Xocalı faciəsini yad edirlər. Buna görə Türkiyəyə minnətdarlığımı bildirirəm”.
 
Bağcılar icra hakimiyyətinin başçısı Orxan Çiftçi isə toplantıdakı çıxışında dünyada əksər qətliamların müsəlmanlara qarşı həyata keçirildiyini xatırladaraq, hər şeydən əvvəl, müsəlman ölkələrinin öz aralarında əlbir olmasının lüzumunu vurğulayıb.
 
Toplantıda Azərbaycanlı tarixçi-yazar, doktor Aygün Həsənoğlu “erməni məsələsi” çərçivəsində  erməni terrorunun tarixi kökləri, səbəb və məqsədləri barədə iştirakçılara məlumat verib, təhlillər aparıb.
 





25.02.2017    çap et  çap et