525.Az

Misir vizaların qiymətini qaldırır


 

Misir vizaların qiymətini qaldırır<b style="color:red"></b> Misir hökuməti martın 1-dən giriş vizalarının qiymətini qaldırmaq qərarına gəlib.
 
APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, giriş vizasının qiyməti 25 ABŞ dollarından 60 dollara qaldırılacaq.
 
2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb, bu 2015-ci illə müqayisədə 44,3% azdır.
 
Qeyd edək ki, 2010-cu ildə ölkə turizm sahəsindən 11 milyard dollar əldə etmişdi.
 





25.02.2017    çap et  çap et