525.Az

Ukraynada deputat yol qəzasında öldü


 

Ukraynada deputat yol qəzasında öldü<b style="color:red"></b> Ukraynanın Dnepropetrovsk şəhərində ağır yol qəzası baş verib.
 
APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, idarəetməni itirən “Mazda “ markalı avtomobil hasara çırpılıb.
 
Hadisə nəticəsində sürücü, Dnepropetrovsk Vilayət Sovetinin Radikal Partiyasından olan deputatı Sergey Lyaşşenko ölüb, onun sərnişini ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
 
Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
 





25.02.2017    çap et  çap et