525.Az

"İran Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumuna qatılmaq istəyir"


 

"İran Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumuna qatılmaq istəyir"<b style="color:red"></b> "Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən biznes forumlarda İran tərəfinin iştirakında maraqlıyıq".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
 
Onun sözlərinə görə, İrana səfər çərçivəsində qarşı tərəfə Azərbaycan-İran-Türkiyə formatında görüşlərin təşkil olunması təklif olunub.

"Bilirsiniz ki, Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən sonuncu, yəni V biznes forum İstanbulda baş tutub. Növbəti biznes forum Azərbaycanda keçiriləcək. Biz bu foruma İranın da qatılmasını istəyirik. Dördtərəfli forumun da keçirilməsi məsələsi gündəmdədir", - deyə Ş. Mustafayev qeyd edib.
 
Nazir əlavə edib ki, İran bu cür forumların keçirilməsinə xüsusilə diqqət və hörmətlə yanaşır:

"Ümid edirəm ki, bu kimi forumların yaxşı nəticələri olacaq".
 





25.02.2017    çap et  çap et