525.Az

Mahnı Teatrında Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub


 

Mahnı Teatrında Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon mədəniyyət müəssisələri tərəfindən R.Behbudov adına Mahnı Teatrında tədbir keçirilib.

Tədbir Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanı ziyarət etmiş, Ulu öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra qonaqlar foyedə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi və foto-stendlə tanış olublar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir açıq elan olunub və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini F.Hüseynova, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı V.İsmayılov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndələri, Mərkəzi Kitabxana Sistemlərinin direktorları, Binəqədi rayonunda yerləşən mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Gecədə M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin “Əhsən” xalq çalğı alətləri orkestri, 11 saylı uşaq musiqi və F.Əmirov adına 6 saylı 11 illik İncəsənət Məktəbinin şagirdləri, 11 saylı uşaq musiqi məktəbinin xor kollektivi, “Ritm” rəqs və nağara çalanlar qrupu, Binəqədi Mərkəzi Mədəniyyət evi çıxış ediblər.

GÜNEL

 





22.04.2013    çap et  çap et