525.Az

“Microsoft”dan yeni messencer


 

“Microsoft”dan yeni messencer <b style="color:red"></b>

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Kaizala” messenceri “WhatsApp” və “Telegram” messencerləri ilə rəqabət aparacaq.

AzərTAc “dni24.com” saytına istinadən xəbər verir ki, “Kaizala” proqramında çatlar çoxsaylı funksiyalara malikdir.

Məsələn, messencer istifadəçilərə iş üçün müxtəlif vakansiyalar təklif etməyə, işədüzəltmə prosesini diqqətlə izləməyə, xəbərlər paylaşmağa, mesajlaşmağa imkan verir.

“Kaizala” messencerinin istifadəçiləri, eyni zamanda, ən müxtəlif mövzular üzrə yeni sorğular yarada bilər.

Bu proqram “Android”, “iOS”, “Windows 10” sistemlərində əlçatandır.

Qeyd edək ki, “Kaizala” “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş dördüncü messencerdir.

 





25.02.2017    çap et  çap et