525.Az

Tramp Ağ Ev jurnalistləri ilə ənənəvi şam yeməyindən imtina etdi


 

Tramp Ağ Ev jurnalistləri ilə ənənəvi şam yeməyindən imtina etdi<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp Ağ Evdəki müxbirlərin Assosiasiyasının (WHCA) üzvləri ilə ənənəvi təntənəli şam yeməyində iştirak etməyəcəyini bildirib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp  “Twitter” səhifəsində yazıb. Bununla belə o, tədbir iştirakçılarına xoş axşam arzulayıb.
 
WHCA-nın ənənəvi şam yeməyi aprelin 29-da Vaşinqtonda keçiriləcək.
 
Müstəqil jurnalist birliyi olan Ağ Evdəki müxbirlərin Assosiasiyası  1914 ildə yaranıb. Qeyd edək ki, Assosiasiya bundan əvvəl bir neçə KİV nümayəndəsinin qapalı brifinqə buraxılmamasına dair  ABŞ administrasiyasının qərarını tənqid edib.
 





27.02.2017    çap et  çap et