525.Az

Prezident “Qatar Petroleum”un icraçı direktoru ilə bir arada


 

Prezident “Qatar Petroleum”un icraçı direktoru ilə bir arada<b style="color:red"></b> Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
 
525.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.
 
“Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 





27.02.2017    çap et  çap et