525.Az

“Hər ay bir gün” aksiyası


 

“Hər ay bir gün” aksiyası <b style="color:red"></b>

“Yeni Üfüq “ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçirib.
 
Birliyin sədri Sevinc Əzimbəylinin 525.az-a verdiyi məlumata görə, “Yeni Üfüq “ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri artıq beş ildir ki, “Hər ay bir gün” adlı aksiyanı ayda bir dəfə keçirməklə, şəhid məzarlarını, eləcə də binaların üzərinə vurulmuş şəhid lövhələrini, bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirməklə cəmiyyətin, ən azı həmin binada yaşayan insanların, xüsusilə gənclərin milli qürurumuz olan qəhrəman şəhid övladlarımıza münasibətdə biganə qalmayacaqlarına əmin olduğunu söyləyib.

S.Əzimbəyli birliyin gənclərinin ardıcıl olaraq keçirdiyi belə tədbirlərin gənclərimiz arasında milli-vətənpərvərlik hislərinin yüksəlişinə səbəb olduğunu və bununla da həqiqi vətən şəhidlərinin ölkədən kənarda deyil, öz məmləkətinin uğrunda öldürülənlərin olduğunu xüsusi olaraq qeyd edib.

 





27.02.2017    çap et  çap et