525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün <b style="color:red"></b>

2004-cü il. Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

Lisey Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilib.

2009-cu il. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) filialının rəsmi açılışı olub.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması barədə sərəncam prezident tərəfindən 2008-ci il yanvarın 15-də imzalanıb.

Burada tədris prosesi MDU-nun proqramları əsasında qurulub.

Məşğələlər, əsasən, dünyada ən nüfuzlu ali məktəblərdən biri olan bu universitetin professor-müəllim heyəti tərəfindən aparılır.

1700-cü il. İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni Britaniya adasını kəşf edib.

1800-cü il. İtalyan fizik Alessandro Volta elektrik batareyasını kəşf edib.

O, Lui Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır.

 





27.02.2017    çap et  çap et