525.Az

Misir giriş vizasının qiyməti ilə bağlı qərarını təxirə saldı


 

Misir giriş vizasının qiyməti ilə bağlı qərarını təxirə saldı<b style="color:red"></b> Misir hökuməti birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60 dollara qaldırılması ilə bağlı qərarını təxirə salıb.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Turizm nazirliynin açıqlamasında bildirilir.
 
Məlumata görə, yeni qaydalar martın 1-dən deyil, iyulun 1-dən qüvvəyə minəcək. Qərarın təxirə salınmasına səbəb ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin hökumətə müraciəti olub.
 
Bundan əvvəl Misir hökuməti martın 1-dən birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60, çoxdəfəlik vizasının isə 70 dollaradək qaldırılacağını bəyan etmişdi. Qeyd edək ki, 2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb.
 





27.02.2017    çap et  çap et