525.Az

İsmayıl Ömərov İTV ilə vidalaşdı


 

İsmayıl Ömərov İTV ilə vidalaşdı<b style="color:red"></b> İctimai Teleradio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bu gün kollektivlə vidalaşıb.
 
Lent.az-ın məlumatına görə, bu barədə televiziyanın əməkdaşlarından biri “facebook” sosial şəbəkəsindəki statusunda yazıb: “Vidalaşdıq. Bu qədər hüznlü vida mərasimi görməmişdim. Son dəfə kollektivin qarşısında çıxış edib getdi. Hamı ağladı”
 
Qeyd edək ki, İctimai Televiziyanın hazırkı rəhbəri  İctimai TV-nin baş direktoru vəzifəsinə namizədliyini irəli sürməyib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki isə sabah keçiriləcək. 
 





22.04.2013    çap et  çap et