525.Az

Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü


 

Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü<b style="color:red"></b> Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb.

APA-nın məlumatına görə, büst Mükayıl Müşfiqin adını daşıyan parkda yerləşirdi. Büstün “Azəravtoyolservis” tərəfindən götürüldüyü məlum olub.
 
“Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin rəisi Zakir Sultanov APA-ya bildirib ki, “Azəravtoyolservis” məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb: “Bizdə bu haqda məlumat olmayıb. Mən “Azəravtoyol” servislə danışdım, dedilər, büst dağıdılmayıb, sadəcə, götürülüb və onların bazasında saxlanılır. Hazırda bu məsələni araşdırırıq ki, həqiqəti üzə çıxaraq”.
 
“Azəravtoyolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətə uyğun deyil: “Büst dağıdılmayıb. Sadəcə, Sovetskidə yenidənqurma və genişləndirmə işləri aparılır. Mikayıl Müşfiqin büstü də həmin ərazidə yerləşirdi. Büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq”.
 





27.02.2017    çap et  çap et