525.Az

“Galaxy Tab S3” planşetinin rəsmi görünüşü yayıldı


 

“Galaxy Tab S3” planşetinin rəsmi görünüşü yayıldı<b style="color:red"></b>

“Samsung” şirkəti “Galaxy Tab S3” planşetinin rəsmi fotoşəklini təqdim edib.

AzərTAc “DNI24” resursuna istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, model “Apple” şirkətinin müasir məhsullarının dizaynını təkrarlayır.

Bildirilir ki, “Samsung” rəhbərliyinin heç vaxt əsas kimi rəqib şirkətin məhsullarının konseptindən istifadə etməməsini dəfələrlə bəyan etməsinə baxmayaraq, yeni “Galaxy Tab S3” versiyası xarici görünüşünə görə iki il əvvəl buraxılan “iPad Pro” planşetini xatırladır. Həmçinin klavişlərin forması “Apple” şirkətindən götürülüb. Planşet rəngləri yüksək keyfiyyətdə ötürməklə analoqları ilə müqayisədə az enerji sərf edən “AMOLED” texnologiyalı 7 düym diaqonallı ekranla təchiz edilib. Displeyin təsvir ölçüsü 2048х1536 piksel təşkil edir.

Məlumata görə, 4 giqabaytlıq operativ yaddaş və “Snapdragon 820” prosessoru yüksək məhsuldarlığı təmin edir. Arxa kameranın təsvir ölçüsü 12 meqapiksel, ön kameranın 5 meqapiksel təşkil edir. Bundan əlavə, hər iki kameranın quraşdırılmış yaddaşının tutumu 32 giqabayta bərabərdir. “Galaxy Tab S3” planşeti “Android Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Rəsmi təqdimatı gələn həftəyə nəzərdə tutulan planşetin qiyməti barədə hələlik məlumat verilmir.

 





27.02.2017    çap et  çap et