525.Az

Əsrin sonuna yaxın Yer üzündə heyvanlar yarıbayarı azalacaq


 

Əsrin sonuna yaxın Yer üzündə heyvanlar yarıbayarı azalacaq<b style="color:red"></b>

XXI əsrin sonunadək indi mövcud olan heyvanların yarısının kökü kəsiləcək. Bu barədə Vatikanda keçirilən konfransda çıxış edən mikrobioloqlar məlumat veriblər. Onlar nadir növlərin qorunub saxlanması məsələlərini müzakirə etmək məqsədilə konfransa toplaşıblar.

AzərTAc “mir24.tv” saytına istinadla xəbər verir ki, mütəxəssislərin hesablamasına görə, hazırda orta hesabla hər beş növdən biri yoxa çıxmaq təhlükəsi ilə qarşılaşıb. Alimlər xəbərdarlıq edirlər ki, müvafiq halın yaranmasına səbəb ekoloji sistemi məhv edən müasir texnogen sivilizasiyadır. Qoruq ərazilərində nadir metal hasilatı, balıq ovu, mərcan riflərinin dağıdılması, qazanc məqsədilə heyvanları öldürülməsi buna misal ola bilər.

Stendford Universitetinin bioloqu Pol Erlix konfransda əsas məruzəçi kimi çıxış edərək bildirib ki, vəziyyət nəzarətə götürülməsə, əsrin sonuna yaxın dünya əhalisinin sayı 12 milyarda çatacaq ki, nəticədə bütün sivilizasiya məhv ola bilər.

Tədbirin təşkilatçısı, iqtisadçı Ser Part deyib: “Vatikanın konfransa ev sahibliyi etməsi Yer planetini qorunması məsələlərində din və elm arasında əbədi ziddiyyətin aradan qalxmasına dəlalət edir”.

 





27.02.2017    çap et  çap et