525.Az

Tanınmış jurnalist dəfn edildi


 

Tanınmış jurnalist dəfn edildi<b style="color:red"></b>

Tanınmış jurnalist Zabil Müqabiloğlu torpağa tapşırılıb.

“Report”un xəbərinə görə, o, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin yanında dəfn olunub.

Xatırladaq ki, jurnalist ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.

Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb.

 





27.02.2017    çap et  çap et