525.Az

"Lüfthansa" 1688 reysini təxrə salıb


 

"Lüfthansa" 1688 reysini təxrə salıb<b style="color:red"></b>

Almaniyanın hava yolu şirkəti "Lufthansa" əməkdaşlarının xəbərdarlıq tətili elan etməsi ucbatından yüzlərlə reysini təxirə salmalı olub.

Şirkətdən verilən açıqlamada həmkarlar ittifaqının başladacağı tətil səbəbilə planlaşdırılan 1720 uçuşdan yalnız 32-sinin həyata keçiriləcəyi bildirilib.

Açıqlamada xüsusilə Almaniya və Avropa daxili qısa məsafəli uçuşlarda axsaqlıqların olacağı qeyd edilib. Sərnişinlərin uçuşlarının ləğv edilib-edilmədiyini öyrənmək üçün www.lufthansa.com ünvanından məlumat ala biləcəkləri vurğulanıb.

Almaniyada iş verən üzərindəki təzyiqi artırmağa çalışan "Verdi" həmkarlar ittifaqı "Lufthansa"nın təklifini qəbul etməyib. Təşkilar texniki işçilərin və xidmət işçilərinin iş şərtlərinin yaxşılaşdırılmasını və maaşların 5,2 faiz civarında artırılmasını tələb edir.

TRT

 





22.04.2013    çap et  çap et