525.Az

"Bakı çətin danışıqlar üçün əhəmiyyətli beynəlxalq meydançaya çevrilib"


 

"Bakı çətin danışıqlar üçün əhəmiyyətli beynəlxalq meydançaya çevrilib"<b style="color:red"></b> “Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasında rəsmi Bakının böyük rolu olub”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtındakı Jurnalistlər Evində keçirilən “Rusiya-Türkiyə münasibətləri: gərginlik dövründən əməkdaşlığın möhkəmləndirilməsinə qədər” adlı konfransda çıxış edən Türkiyə prezidentinin müşaviri İlnur Çevik deyib.
 
İ. Çevik bildirib ki, Azərbaycan Rusiya və Türkiyənin təbii dostu kimi sülhyaradıcı missiyanı öz üzərinə götürərək tərəflərin barışması prosesinə çox qiymətli yardım göstərib: “Biz buna görə azərbaycanlılara çox minnətdarıq. Azərbaycan hakimiyyətinin sülhməramlı səylərinin məntiqi davamı kimi ABŞ və Rusiya Silahlı Qüvvələri baş qərargah rəislərinin görüşü oldu. Beləliklə, Bakı münaqişəli və çətin danışıqların keçirilməsi üçün beynəlxalq əhəmiyyətli meydançaya çevrildi”.
 
İ. Çevik çıxışında Suriya münaqişəsinin nizamlanmasına da toxunub. O, Türkiyənin Suriyada öz milli maraqlarını qorumaq məcburiyyətində olduğunu vurğulayıb: “Suriyanın şimalında çoxlu türklər və türkdilli əhali yaşayır. Onları terrorçulardan qorumaq üçün biz “Fərat qalxanı” əməliyyatını keçiririk. Bu hərbi əməliyyat bizim bu münaqişəyə qoşulan digər dövlətlərlə münasibətlərimizi korlamayıb. Ona görə ki, bizim ümumi məqsədimiz var. Bu, İŞİD-in və digər terrorçuların məhv edilməsidir”.
 





27.02.2017    çap et  çap et