525.Az

Tramp Obamanı ittiham etdi


 

Tramp Obamanı ittiham etdi<b style="color:red"></b> Ağ Evi nüfuzdan salan informasiyaların mediaya sızdırılmasının arxasında keçmiş prezident Barak Obama və onun ətrafı durur.
 
APA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində deyib.
 
O bunun çox ciddi məsələ olduğunu, ABŞ-ın milli təhlükəsizliyinə təsir etdiyini bildirib. Donald Tramp bu kimi xəbər sızdırmaların hələ də davam etdiyini qeyd edib.
 
Daha əvvəl CNN ABŞ prezidenti Donald Trampın Ağ Ev əməkdaşlarının jurnalistlərlə danışıb-danışmamasını öyrənmək üçün onların mobil telefonlarını yoxlamaq barədə qərar verdiyini yazmışdı.
 





28.02.2017    çap et  çap et