525.Az

Sabah Bakının mərkəzi yolları bağlı olacaq


 

Sabah Bakının mərkəzi yolları bağlı olacaq<b style="color:red"></b> Aprelin 24-də Bakı şəhərinin bəzi mərkəzi yollarında nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, Latviya prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri ilə əlaqədar aprelin 24-ü saat 8:30-dan tədbirlər tam başa çatanadək paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Nizayi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
 
Sürücülərdən bu istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.
 
Səfər aprelin 25-də başa çatacaq.
 





23.04.2013    çap et  çap et