525.Az

Sumqayıtda güclü partlayış: polis əməkdaşı həlak oldu


 

Sumqayıtda güclü partlayış: polis əməkdaşı həlak oldu<b style="color:red"></b> Aprelin 22-də Sumqayıt şəhərində güclü partlayış baş verib.

Lent.az-ın məlumatına görə, H.Z.Tağıyev qəsəbəsində yeni məhəllədə tikilmiş evə gələn Baş Mühafizə İdarəsi, Sumqayıt şəhər Şöbəsinin əməkdaşı, polis baş serjantı 1983-cü il təvəllüdlü Teymur Qələndərov mənzilə daxil olandan az sonra güclü partlayış baş verib. O ağır vəziyyətdə əvvəlcə Sumqayıtdakı xəstəxanaya, ordan isə Bakı şəhərində yerləşən 5 saylı şəhər xəstəxanasına gətirilib. Lakin həkimlərin səyinə baxmayaraq polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, T.Qələndərov yeni ailə həyatı qurubmuş. O dünən növbədən sonra evə istirahətə gəlirmiş.
 
İlkin məlumata görə, hadisə qaz sızmasından baş verib.
 





23.04.2013    çap et  çap et