525.Az

Futbol tarixində görülməmiş hadisə


 

Futbol tarixində görülməmiş hadisə

İqtisadi problemlər yaşayan Yunanıstanda futbol komandaları maliyyə qaynaqları tapmaqda çətinliklə üzləşirlər.
 
Qol.Az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Yunanıstanın Larisa şəhərində “Vukefalos” həvəskar futbol komandasının rəhbərliyi sponsor tapa bilmədiyi üçün 3 min nəfərin çalışdığı lüks “Sula Zəmanə Evi” fahişəxanası ilə anlaşıb.

Fahişəxananın sahibəsi Madam Hrisula sponsor olmaq üçün ödədiyi pulun məbləğini açıqlamayıb. “Vukefalos” klubunun prezidenti Yiannis Baciolas oyunlarda qələbə qazandıqları zaman futbolçuların fahişəxananı pulsuz ziyarət edəcəklərini də bildirib.

 





30.09.2012    çap et  çap et